İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistanda 104 yaşlı kişi 36 illik həbsdən sonra azad edilib

Hindistanda 104 yaşına çatmış şəxs əsrin üçdə birindən çoxunu həbsxanada keçirdikdən sonra azadlığa çıxıb.

Musavat.com xəbər verir ki, bu barədə PTI məlumat yayıb.

Rasikt Mondal 1988-ci ildə qardaşını torpaq mübahisəsinə görə öldürməkdə ittiham edilərək həbs cəzasına məhkum edilib. O vaxt onu bir il müddətinə zaminə buraxıblar, ancaq Hindistan məhkəmələri onun azadlığa buraxılma tələblərini rədd etdikdən sonra yenidən həbsxanaya qayıtmalı olub.

“Neçə il həbsdə yatdığımı xatırlamıram. Sanki heç bitməyəcəkdi. Məni bura nə vaxt gətirdiklərini belə xatırlamıram”, - Mondal deyib.

Qohumları və saxlandığı cəzaçəkmə müəssisəsinin əməkdaşları onun 104 yaşında olduğunu təsdiqləyiblər.

“İndi azad olduğum üçün özümü tamamilə kiçik həyətimdəki bağçamdakı bitkilərə qulluğa həsr edə bilərəm. Ailəm və nəvələrim üçün darıxmışdım. Mən onlarla birlikdə olmaq istəyirəm”, - keçmiş məhkum deyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Fevral 2025

03 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR