Onlayn ictimai-siyasi qəzet
Rusiya limanlarından neft ixracı üç aylıq maksimum səviyyəyə çatıb, lakin Hindistan və bəzi Çin limanları 10 yanvarda sanksiyaya məruz qalan gəmilərdə daşınan yükləri qəbul etməkdən imtina edirlər.
Musavat.com xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Nəşr yazır ki, neftin əhəmiyyətli bir hissəsi dənizdə tankerlərin göyərtəsində qalır.
Qeyd olunub ki, keçmiş ABŞ prezidenti Baydenin administrasiyası Rusiyanın neft ticarəti ilə əlaqəli 161 tankera qarşı məhdudiyyətlər tətbiq edib. Nəticədə son iki həftə ərzində təxminən 7,7 milyon barrel Saxalin nefti bu gəmilərdə saxlanılır, daha 12 milyon barrel Arktika nefti isə bir neçə aydır ki, dənizdədir.
Nəqliyyat qiymətləri də artıb. Rusiyanın Qara dəniz limanından Hindistanın qərb sahilinə 1 milyon barrel Urals neftinin nəqlinin dəyəri ötən ilin sonundakı 5,6 milyon dollardan 7,9 milyon dollara yüksəlib. Eyni zamanda, martın 2-dək Rusiya limanlarından neft tədarükü üzrə dörd həftəlik orta göstərici gündəlik 3,09 milyon barrelə yüksəlib — bu, 1 dekabrdan bəri ən yüksək səviyyədir.
Sanksiyalardan əvvəl Hindistan keçən il təxminən 64 milyon barel alaraq Rusiyanın Arktika neft ixracının təxminən 60%-nin təyinatı olub. Lakin yanvarın 10-dan sonra Hindistana Rusiya Arktika nefti göndərilməyib.
"Bloomberg" qeyd edir ki, prezident Donald Tramp Bayden administrasiyasının tətbiq etdiyi tədbirləri ləğv edərsə, vəziyyət dəyişə bilər.
Bildirilir ki, neftin Rusiyadan Çinə nəqli hazırda daşıyıcılara üç dəfə baha başa gəlir.
Musavat.com
06 Mart 2025
05 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ