Onlayn ictimai-siyasi qəzet
Moskvada səfərdə olan Hindistanın baş naziri Narendra Modi Rusiya prezidenti Vladimir Putinlə görüşdə Ukraynadakı müharibəyə cəlb edilən hindistanlıların geri qaytarılması məsələsini qaldırıb.
Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, Putin onun bununla bağlı təklifini qəbul edib.
Mətbuatın yazdığına görə, yüzlərlə Hindistan vətəndaşı mülki iş adı ilə aldadılaraq Rusiyada müharibəyə cəlb edilib. Hindistanın xarici işlər naziri Vinay Kvatranın sözlərinə görə, hazırda 30-40 hindistanlı Rusiya ordusunda xidmət edə bilər, onlardan 10-u artıq vətənə qayıdıb.
Musavat.com
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ