İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistan 2030-cu ildən kosmosa turist göndərməyə başlamaq niyyətindədir

Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) 2030-cu ilə qədər kosmosa turist uçuşları həyata keçirmək niyyətindədir. Hindistanın Kosmik Agentliyinin rəhbəri Sridhara Paniker Somnat jurnalistlərə bildirib ki, ISRO artıq turizm modulu üzərində işləyir.

Musavat.com xarici mediaya istinadla bildirir ki, Somnat Hindistanın təhlükəsiz və təkrar istifadə edilə bilən öz kosmik turizm modulu üzərində iş aparıldığını deyib.

“Bir biletin qiyməti yəqin ki, təxminən 60 milyon rupi (təxminən 700 min dollar – təqribən TASS) olacaq. Bu səyahətə çıxan insanlar da özlərini astronavt adlandıra biləcəklər”, - deyə Somnat əlavə edib. Onun fikrincə, bunlar “rəqabətli qiymətlərdir”.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR