Onlayn ictimai-siyasi qəzet
Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (COP29) Tərəflərin Konfransının Bakıda keçiriləcək 29-cu sessiyası zamanı ölkələri atəşkəs bağlamağa dəvət edə bilər.
Bunu “Observer” qəzetinə müsahibəsində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“Biz müxtəlif tərəfdaşlarla Olimpiada zamanı olduğu kimi COP29 müddətində də atəşkəs haqqında müzakirələr aparırıq. Ancaq müzakirə ilkin mərhələdədir. Bu, əlavə məsləhətləşmələr və müzakirələr tələb edəcək”, - Hikmət Hacıyev bildirib.
Prezidentin köməkçisi qeyd edib ki, iqlim dəyişikliyinə qarşı mübarizə ilə yanaşı, Azərbaycan COP29-un sülh sahəsində növbəti uğur hekayəsinə və sülh konfransına çevrilməsi üçün əlavə səylər göstərir və bundan sonra da göstərəcək:
"Biz sülh gündəmini irəli aparmaq üçün çalışırıq. İqlim böhranı, ehtimal ki, ərzaq və su çatışmazlığını kəskinləşdirəcək, miqrasiyanı yüksəldə, dövlətlərə təzyiqi artıra və potensial olaraq sərhəd problemlərinə səbəb ola bilər.
Təhlükəsizliyin bir çox elementi var və iqlim təsirlərinin, ətraf mühitin dəyişməsinin və ya ekoloji problemlərin milli təhlükəsizlik və sülhlə əlaqəli olduğunu inkar etmək olmaz. İqlim dəyişikliyi milli və qlobal təhlükəsizliyin bir hissəsidir”.//APA
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ