Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin rəhbəri Hikmət Hacıyev Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun və Prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri Akif Çağatayla görüşüb.
Musavat.com xəbər verir ki, bu barədə Prezidentin köməkçisi sosial şəbəkədə yazıb.
Görüşdə Yaxın Şərq və Cənubi Qafqaz regionundakı mövcud geosiyasi vəziyyət və regional təhlükəsizliyin təmin olunması məsələləri müzakirə edilib. Tərəflər strateji əməkdaşlıq çərçivəsində iki ölkənin maraqlarını əhatə edən regional və qlobal məsələlərə dair fikir mübadiləsi aparıblar.
Həmçinin, görüşdə regional sabitliyin təmin edilməsi üçün ortaq səylərin vacibliyi vurğulanıb və gələcəkdə həyata keçiriləcək birgə layihələr və təşəbbüslər nəzərdən keçirilib.
“Qardaş Türkiyəyə səfərim əsnasında dəyərli qardaşlarım Fəxrəddin Altun və Akif Çağatay ilə həmişə olduğu kimi səmimi və məzmunlu görüşlər keçirdim. Yaxın Şərq və Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdik, müttəfiqlik xarakteri daşıyan ikitərəfli əlaqələrimizi nəzərdən keçirdik”, – Hikmət Hacıyev qeyd edib.
19 Aprel 2025
18 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ