İnsanlara hürriyət, millətlərə istiqlal!

Heydər Əliyev Mərkəzində kəlağayıların möhtəşəm rəqsi - VİDEO

Heydər Əliyev Mərkəzinin daimi ekspozisiyasına yeni əsər əlavə olunub. Bu amerikalı rəssam Daniel Vurtzelin (Daniel Wurtzel) "Hava fontanı - kəlağayıların rəqsi" ("Air fountain - dance of kalagayis") əsəridir.

Daniel Vurtzel hava və yüngül materiallardan istifadə edərək kinetik heykəlləri və instalyasiyaları ilə məşhur olan rəssamdır.

O, havanın rəqsini təqdim etməyi bacarıb. Müəllif hərəkətdə olan əsərlərini - kinetik heykəlləri yaradarkən işıq, rəng, forma və materialla oynayır. Unikal əsərləri canlandıran isə hava axınıdır.

Daniel Vurtzelin Heydər Əliyev Mərkəzi üçün hazırladığı "Hava fontanı - kəlağayıların rəqsi" instalyasiyası da hava burulğanı və parçadan istifadə edilməklə ərsəyə gəlib. Əsərdə Azərbaycan bayrağının rənglərindən və kəlağayı ornamentlərindən istifadə olunması rəqsi daha da cəlbedici edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR