İnsanlara hürriyət, millətlərə istiqlal!

HƏMAS lideri dünyanın gözlədiyi xəbəri açıqladı

"İsraillə atəşkəslə bağlı razılığa gəlməyə yaxınıq".

Musavat.com xəbər verir ki, bu sözləri HƏMAS lideri İsmayıl Haniyə deyib.

Bildirilir ki, Qətərin vasitəçiliyi ilə toplanan müzakirəçilər oktyabrın 7-də əsir götürülən, çoxu israilli olan təxminən 240 məhbusun azad edilməsinə və 13 mindən çox insanın həlak olduğu Qəzzada atəşkəsə imkan verəcək saziş imzalamaq üçün danışıqlar aparır. Aralarında qadın və uşaqların da olduğu bəzi fələstinlilərin İsrail həbsxanalarından azad edilməsinin də müzakirə mövzusu olduğu bildirilir.

Qeyd edək ki, ötən günlərdə ABŞ prezidenti Bayden də əsirlərin azad edilməsi ilə bağlı razılaşmanın yaxın olduğuna diqqət çəkib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR