İnsanlara hürriyət, millətlərə istiqlal!

HƏMAS İsraillə razılaşmadan imtinanın səbəbini açıqladı

HƏMAS Qətərin paytaxtı Dohada müzakirə edilən İsraillə atəşkəs və girov mübadiləsinə dair son təklifi rədd edib.

Bu barədə “The Times of Israel” məlumat yayıb.

Bildirilib ki, İsrailin Baş naziri Benyamin Netanyahu danışıqlara xələl gətirmək və Qəzzada münaqişəni uzatmaq üçün yeni şərtlər və tələblər irəli sürür.

“Netanyahu vasitəçilərin səylərinin və razılığın əldə olunmasının qarşısını almaq üçün məsuliyyət daşıyır”, - HƏMAS-ın bəyanatında qeyd edilib.

İsrailin “Kan” telekanalı bildirib ki, daha əvvəl B.Netanyahu nazirlərinə HƏMAS ilə razılığa gəlmək şanslarının aşağı olduğunu söyləyib.\\“Report”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR