Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Suluova rayonunun Salucu kəndində yaşayan 78 yaşlı Ahmet Karabela heç kimə yük olmamaq üçün öz məzarını özü qazıb.
Qəbrini hazırlayan qoca yağışdan qorumaq üçün onu neylon və dam parçaları ilə örtüb və gecələr həmin məzarda yatmağa başlayıb.
Beş uşaq atası Ahmet Karabela ölümündən sonra morqa aparılmasını istəmədiyini, elə qazdığı yerdə muxtar tərəfindən yuyulub dəfn olunmasını arzuladığını bildirib:
"Heç kimə yük olmaq istəmirəm. İnşallah, məni burada dəfn edərlər".
Kənddə illərdir qəbir qazmaqda insanlara kömək etdiyini bildirən Karabela əlavə edib:
"Hər kişi belə qəbir qaza bilməz. Allah mənə güc verib. Gecələr qəbrimə gəlib orada yatıram. Çünki bura mənim yerimdir"./Milli.Az
09 Fevral 2025
08 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ