İnsanlara hürriyət, millətlərə istiqlal!

Həbsdəki general 12 milyon 415 min ödədi - cəzasının yüngülləşdirilməsini istəyir  

 Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov cəzasının yüngülləşdirilməsini istəyir.

Onunla bərabər müxtəlif müddətlərə cəzalara məhkum olunmuş Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvəllərinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadə də barələrindəki hökmdən Bakı Apellyasiya Məhkəməsinə şikayət ünvanlayıblar.

Vəkilləri şikayətlərində Nizami Məmmədov tərəfindən dövlətə dəymiş ziyanın yarısının ödənilməsinin nəzərə alınması, barəsində daha yüngül cəza təyin olunmasını xahiş ediblər.

  Apellyasiya şikayətləri hakim İbrahim İbrahimlinin sədrliyi ilə araşdırılacaq.  Qeyd edək ki, Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları tərəfindən həbs olunublar. Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

Xatırladaq ki, cinayət işi üzrə digər təqsirləndirilən şəxslərlə birlikdə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Maliyyə Nazirliyinin zərərçəkmiş qismində tanındığı cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb. Bakı Hərbi Məhkəməsini  hökmü ilə Nizami Məmmədov və Bayram Bayramovun hər biri 11 il 6 ay, Cəlal Kazımov 11 il, Vüsal Əlizadə 10 il 6 ay müddətinə azadlıqdan mərhum ediliblər. İbtidai istintaq və məhkəmə dövründə dövlətə dəymiş ziyanın ödənilməsi üçün Nizami Məmmədov 12 milyon 415 min 194 manat, Vüsal Əlizadə 325 min, Cəlal Kazımov isə 186 min manat ödəniş ediblər. Həmin məbləğlərin dövlət büdcəsinə ödənilməsi üçün qərar qəbul edilib. Eyni zamanda, təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulan əmlaklar dövlətə dəymiş ziyanın ödənilməsinə yönləndirilməsi məqsədilə dövlət nəfinə keçirilməsi üçün müsadirə olunub.

Məhkəmənin hazırlıq iclası fevralın 3-də keçiriləcək.

 

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Yanvar 2025

30 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR