İnsanlara hürriyət, millətlərə istiqlal!

“Həbs olunduğu gündən Elçinlə görüşə bilməmişik”

Rüşvət almada iştirakçılıq ittihamı ilə həbs edilən tanınmış vəkil Elçin Sadıqovun azadlığa buraxılması üçün apellyasiya şikayəti verilib.

Bu barədə “Qafqazinfo”ya onun həmkarı, vəkil Bəxtiyar Hacıyev bildirib. O qeyd edib ki, Bakı Apellyasiya Məhkəməsinə müvafiq şikayət göndərilib. Şikayətə 15 sentyabr saat 15:30-da hakim Zəki Babayevin sədrliyi ilə baxılacaq.

Bundan başqa Bəxtiyar Hacıyev 3 gündür həbsdə olmasına baxmayaraq, hələ də Elçin Sadıqovla görüşə bilmədiklərini deyib: “Görüş üçün Baş Prokurorluğun icazəsi olmalı və buna şərait yaradılmalıdır. Lakin həbs olunduğu gündən Elçinlə görüşə bilməmişik. Nə mənə, nə də digər vəkil həmkarıma şərait yaradılmır”.

Məsələ ilə bağlı "Qafqazinfo" Baş Prokurorluğa sorğu ünvanlayıb.

Qeyd edək ki, sentyabrın 10-da Baş Prokurorluq tərəfindən saxlanılan E.Sadıqov barəsində Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə cinayət işi başlanıb. Binəqədi Rayon Məhkəmənin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

E.Sadıqov müvəkkili, iş adamı Rasim Məmmədovun ailəsindən 20 min manat rüşvət alınaraq jurnalist Əvəz Zeynallıya verilməsində vasitəçilik etməkdə ittiham olunur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

26 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR