Onlayn ictimai-siyasi qəzet
Pekin hazırda Kremli silah istehsalı üçün kritik komponentlərlə təchiz etməklə Ukraynadakı müharibənin əsas dəstəkçisidir.
Musavat.com xəbər verir ki, bu fikirləri ABŞ-ın dövlət katibi Entoni Blinken İtaliyanın Kapri adasında G7 xarici işlər nazirlərinin toplantısının başa çatması ilə bağlı mətbuat konfransında səslənidirib.
Çinin Rusiyanın müdafiə sənayesinə yardımını tənqid edən Blinken vurğulayıb ki, bu səylər “soyuq müharibənin bitməsindən sonra Avropanın təhlükəsizliyinə ən böyük təhdiddir”.
Dövlət katibinin sözlərinə görə, Vaşinqton Pekinə və digər ölkələrə Rusiyanın Ukraynadakı hərbi səylərini dəstəkləməməli olduqlarını çox açıq şəkildə bildirib: “Rusiya müdafiə sənayesi bazasına gəldikdə, hazırda Çin əsas töhfə verəndir. Biz Çinin dəzgahları, yarımkeçiriciləri və digər ikili təyinatlı malları paylaşdığını görürük ki, bu da Rusiyaya hərbi sənaye bazasını bərpa etməyə kömək edir. Çin bir əlində iki qarpız tuta bilməz. Siz Avropa ölkələri ilə müsbət, dostluq münasibətləri qurmaq istəyirsiniz və eyni zamanda, Soyuq Müharibə bitdikdən sonra Avropanın təhlükəsizliyinə ən böyük təhlükəni gücləndirirsiniz”.
Almaniyanın xarici işlər naziri Annalena Barbok Blinkenin narahatlığını bölüşüb: “Əgər Çin açıq şəkildə Ukraynaya qarşı qeyri-qanuni müharibə aparan Rusiya ilə daha da yaxın tərəfdaşlıq axtarsa, biz bununla razılaşa bilməyəcəyik”.
Musavat.com
24 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ