Onlayn ictimai-siyasi qəzet
Martın 3-də səhər saatlarında İsrailin Hayfa şəhərindəki mərkəzi avtovağzalın yaxınlığında iki terrorçu yoldan keçənlərə atəş açıb. Müxtəlif mənbələrə görə, dörd-beş nəfər yaralanıb, bəziləri güllə və bıçaq xəsarətləri alıb.
Musavat.com “Yedioth Ahronot” portalına istinadla xəbər verir ki, hər iki cinayətkar məhv edilib.
Qurbanların sayı ilə bağlı dəqiq məlumatlar dəqiqləşdirilir. “Haaretz” yazır ki, onların bəzilərində güllə yarası, bəzilərində bıçaq yaraları olduğu məlumdur.
Media hücum edənlərin “zərərsizləşdirildiyini” bildirib.
Musavat.com
03 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ