İnsanlara hürriyət, millətlərə istiqlal!

Hava ilə bağlı XƏBƏRDARLIQ - Leysan olacaq, şimşək çaxacaq

Noyabrın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Musavat.com-a verilən məlumata görə, yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.

Gündüz hava əsasən yağmursuz olacaq. Şimal-qərb küləyi 12-15 m/s, cənub-şərq küləyi 8-13 m/s sürətlə əsəcək.

Havanın temperaturu gecə 6-9 dərəcə isti, gündüz 12-15 dərəcə isti olacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR