İnsanlara hürriyət, millətlərə istiqlal!

Hansı xərçəngdən 90% sağalmaq olur?

Prostat xərçəngindən 99% sağalmaq mümkündür, əgər şiş vaxtında aşkar olunarsa.

Onkoloq Ruslan Basanov müalicəyə tabe olan və ölüm riski az olan xərçəng növündən danışıb.

“Birinci və ikinci mərhələdə bu xərçəng 97% sağalır. Xəstəliyi vaxtında dəqiq müəyyən etmək üçün PSA analizi vacibdir. Hər bir kişi 40 yaşdan sonra bu antigen analizini verməlidir.

Normal miqdarı 4-10 nq-ml olmalıdır.

Əgər yüksək olarsa, əlavə müayinələr aparılmalıdır.

PSA prostat vəzin digər xəstəliklərində də arta bilir.

Atası, əmisi və nəslində bu xəstəlik olan kişilər risk altındadır.

Əsas səbəbləri: infeksiyalar, dərmanların təsiri, az hərəkətlilik, kanserogen faktorlar və s”.

Artıq onkoloji prosesin başlamasının əlamətləri:

- Tez-tez sidiyə getmə
- Sidiyə gedən zaman ağrı, yanma hissi
- Sidiyi saxlaya bilməmək
- Sidik axını zəifdir
- Ereksiya problemləri
- Sidikdə qan
- Qarının aşağısı, qasıqda təzyiq hissi
- Çanağa yayılan ağrı

(Medicina.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR