İnsanlara hürriyət, millətlərə istiqlal!

Hakan Fidandan Azərbaycan mesajı: “Ən qısa müddətdə...”

Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada gürcü həmkarı İlya Darçiaşvili ilə görüşündən sonra birgə mətbuat konfransında çıxış edib.

Türk nazir həmkarı ilə Abxaziya və Cənubi Osetiya münaqişələrini müzakirə edib.

“Bu regionlardakı problemlərin Gürcüstanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllinin tərəfdarıyıq. Bu gün bu məsələdə qətiyyətli mövqeyimizi bir daha təsdiqlədik. Türkiyənin problemlərin həllinə verə biləcəyi töhfələrdən də danışmaq fürsətimiz oldu”, - Fidan bildirib.

Türkiyənin baş diplomatı Darçiaşvili ilə Azərbaycan və Ermənistan arasında sülh prosesinə də toxunub:

“Bölgədə ən qısa müddətdə sabitliyə nail olmaq istəyimizi və konstruktiv mövqeyimizi bir daha bəyan etdik”.

Qara dənizin təhlükəsizliyinin də müzakirə olunduğunu deyən Hakan Fidan bu məsələnin təkcə əməkdaşlıq sahəsi yox, həm də iki ölkə üçün həyati maraq dairəsi olması fikrinin təsdiqləndiyini vurğulayıb.

“Bir daha Ukraynanın ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı dəstəyimizi vurğuladıq. Bu müharibəni beynəlxalq hüquq əsasında ədalətli sülh yolu ilə bitirmək üçün nələr edilə biləcəyi barədə fikir mübadiləsi apardıq”, - Hakan Fidan əlavə edib./Teleqraf.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR