İnsanlara hürriyət, millətlərə istiqlal!

Hakan Fidan Sergey Lavrovla taxıl sazişini müzakirə edəcək

Türkiyə hakimiyyəti iyulun 17-də dayandırılmış taxıl müqaviləsi ətrafında vəziyyətin inkişafı üçün bir neçə ssenari planlaşdırıb.

Musavat.com Türkiyədə çıxan “Yeni Şafak” qəzetinə istinadla xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrov və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə məsələni müzakirə etməyi planlaşdırır.

Ssenarilərdən biri mövcud vəziyyətdən çıxış yolunun tapılmayacağını və bunun da ərzaq böhranının kəskinləşməsinə səbəb olacağını nəzərdə tutur.

İkinci ssenariyə görə ikitərəfli razılaşmalar əsasında alternativ marşrutların yaradılır və Ukraynanın kənd təsərrüfatı məhsullarının Dunay vasitəsilə və ya quru yolla Avropaya çatdırılır.

Üçüncü ssenariyə görə, “Rusiyanın bəzi narahatlıqları aradan qaldırıldıqdan” sonra taxıl dəhlizi əvvəlki formatda fəaliyyətini bərpa edəcək.

Türkiyə nəşri hesab edir ki, üçüncü ssenari bütün tərəflərin xeyrinə olacaq yeganə variantdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR