Onlayn ictimai-siyasi qəzet
Gürcüstan Xarici İşlər Nazirliyinin 100-dən çox əməkdaşı baş nazir İrakli Kobaxidzenin Avropa İttifaqına üzvlük prosesinin 2028-ci ilə qədər dondurulması ilə bağlı qərarına qarşı birgə bəyanatla çıxış ediblər.
Musavat.com xəbər verir ki, onlar vurğulayıblar ki, bu qərar ölkənin strateji maraqlarına və Gürcüstan Konstitusiyasının 78-ci maddəsinə ziddir.
Diplomatlar Avropa kursuna sadiq olduqlarını bildiriblər və qeyd ediblər ki, Aİ-nin genişlənməsi üzrə hazırkı dalğa inteqrasiya üçün unikal imkan yaradır və bu fürsət bir daha təkrarlana bilməz.
Onların fikrincə, danışıqların dayandırılması ölkənin təcridinə və qlobal çağırışlar fonunda təhlükəsizliyinin zəifləməsinə səbəb olacaq.
Bəyanatda həmçinin xatırladılıb ki, Gürcüstan diplomatiyası uzun illər ərzində Avropa və Avroatlantik strukturlara üzvlük üçün çalışıb və bu, xalqın iradəsinə və tarixi seçiminə uyğundur.
Musavat.com
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ