İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan Rusiya ilə diplomatik münasibətləri bərpa etməyəcək - Baş nazir

Hazırda Gürcüstanın Rusiya ilə diplomatik əlaqələri yoxdur və Tiflisin bu münasibətləri bərpa etmək niyyəti də yoxdur.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze danışıb.

"Bağışlayın, yox, yox, yox. Bununla bağlı heç bir plan yoxdur, çünki ərazimizin 10 faizi (Abxaziya və Cənubi Osetiya - red.) hələ də işğal altındadır", - Kobaxidze bildirib.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya tərəfinin Gürcüstan, Abxaziya və Cənubi Osetiya (Lavrov sonuncuları müstəqil dövlətlər kimi təqdim edir - red.) ilə münasibətlərin normallaşdırılmasına kömək etməyə hazır olduğunu bəyan edib.

Kobaxidze isə Gürcüstanın 2025-ci ilin əvvəlindən ABŞ və Avropa İttifaqı ilə münasibətləri bərpa etməyə ümid etdiyini bildirib. Onun fikrincə, münasibətlərin normallaşması Qərbin öz maraqlarına da uyğun olmalıdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR