İnsanlara hürriyət, millətlərə istiqlal!

Güney Azərbaycan Milli Dövlətçilik Şurası Prezident seçkiləri ilə bağlı BƏYANAT yaydı

Güney Azərbaycan Milli Dövlətçilik Şurası Azərbaycan Respublikasında növbədənkənar Prezident seçkilərinin keçirilməsi ilə bağlı bəyanat yayıb.

Musavat.com xəbər verir ki, bəyanatda deyilir:

"Son 20 ildə Azərbaycan Respublikası Prezident İlham Əliyevin uzaqgörən, bilgə rəhbərliyi ilə böyük bir inkişaf yolunu qət edib. 30 il erməni tapdağında olan torpaqlarımızın düşmən işğalından qurtarılması, Azərbaycan Respublikası coğrafiyasının bütünündə tam suverenliyimizin bərpası, hərtərəfli təhdidlərə baxmayaraq, dövlət müstəqilliyimizin gündən-günə daha da gücləndirilməsi birbaşa Prezident İlham Əliyevin apardığı qətiyyətli, ardıcıl siyasi kursun nəticəsidir.

Ötən 20 il ərzində Prezident İlham Əliyevin apardığı çoxyönlü inkişaf strategiyasının sonucu olaraq, Azərbaycan Respublikası müxtəlif sahələr üzrə inanılmaz uğurlara imzasını atan, uluslararası arenada öz sayqın yerini tutan, bölgəmizdə güclü müttəfiqləri ilə birgə ciddi söz sahibi olan bir dövlətə çevrilib.

Son illərdə cənab Prezidentin Türk Dövlətləri Təşkilatının fəaliyyətinin güclənməsindəki rolu, eyni zamanda Azərbaycan Respublikası sınırlarından kənarda yaşayan 40 milyon Azərbaycan türkünün hüquqlarının qorunmasında sərgilədiyi tutum bütün türk dünyasının təqdirini toplayıb, Azərbaycan Respublikası Dövlətini 50 milyonluq azərbaycanlının Dövləti qılıb.

Azərbaycan Respublikasında növbədənkənar Prezident seçkilərinin keçirilməsi, dünyada və bölgəmizdə tarazlığın köklü dəyişikliklər sürəcinə girdiyi bir zaman kəsiyində gerçəkləşməsi bu seçkilərin önəmini qat-qat artırmaqdadır. Məhz belə bir həssas məqamda əldə edilən möhtəşəm zəfərlərin, inanılmaz uğurların möhkəmləndirilməsi və yeni-yeni zəfərlər, uğurların qazanılması üçün GÜCLÜ DÖVLƏT VƏ GÜCLÜ LİDER olmazsa-olmaz şərtdir.

Bu gerçəklikdən yola çıxaraq, Güney Azərbaycan Milli Dövlətçilik Şurası Prezident seçkilərində xalqımızı fəal iştiraka və Prezident İlham Əliyevin yanında olmağa çağırır".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR