Onlayn ictimai-siyasi qəzet
Göygöldə III Milli Yaylaq Festivalı keçirilir.
“Report”un Qərb bürosunun məlumatına görə, Xan yaylağında üç gün davam edəcək festivalda Cıdır meydanı, “Yaylaq bazarı”, “Sənətkarlıq guşəsi”, “Dədə Qorqud ocağı” (tamaşalar üçün səhnə), “Pəhləvan meydanı” (yarış sahəsi), “Aşıq Ələsgər ocağı”, “Yaylaq süfrəsi” və digər tematik sahələr mövcuddur.
Festival çərçivəsində genişmiqyaslı el şənlikləri nümayiş edilir. Festivalda yerli təmsilçilərlə yanaşı, xaricdən də çoxsaylı qonaqlar iştirak edir.
Qeyd edək ki, festival ilk olaraq 2019-cu ildə Gədəbəy rayonunda, daha sonra 2022-ci ildə Göygöl rayonunda keçirilib. Bu Göygöl rayonunda ikinci dəfə təkşil olunan festivaldır.
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ