İnsanlara hürriyət, millətlərə istiqlal!

GƏRGİN DEBAT: Bakıda həbsdə olan Araikin adamı da tutuldu: nə planlaşdırıbmış? – Pənah Hüseyn və Elxan Şükürlü CANLIda

Bakıda həbsdə olan separatçıların keçmiş “rəhbəri” Araik Arutyunyanın adamı olan Vahan Badasyan Ermənistanda İstintaq Komitəsinə dəvət olunub. Araikin adamı zorakılığa çağırış maddəsi ilə ittiham olunub.

“Joxovurd” qəzeti yazır ki, Badasyan sosial platformalarda Paşinyan hakimiyyətinin güc yolu ilə devrilməsi çağırışı edib. Badasyan 44 günlük müharibədə separatçıların “Hadrut batalyonu”nun komandiri olub. Araik Arutyunyanın ən yaxın adamlarından biri kimi tanınır. Məlumatlara görə, Ermənistan hakimiyyəti ölkədə çevriliş planlaşdırıldığını düşünür və Badasyanın da bu planda yer almasından şübhələnir.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonaqlarımız eks baş nazir Pənah Hüseynlə siyasi ekspert Elxan Şükürlüdür. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR