İnsanlara hürriyət, millətlərə istiqlal!

Gəncənin yeni hərbi prokuroru KİMDİR? - DOSYE

Xəbər verdiyimiz kimi, Şöhrət Qəhrəmanov Gəncənin yeni hərbi prokuroru təyin edilib.

Bununla bağlı Azərbaycanın Baş prokuroru Kamran Əliyev müvafiq əmr imzalayıb.

Musavat.com-un məlumatına görə, 11 avqust 1983-cü ildə anadan olan Şöhrət Qəhrəmanov Bakı Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib.

O, Sumqayıt hərbi prokurorluğunun müstəntiqi, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi, böyük müstəntiqi, Bakı hərbi prokurorunun müavini vəzifəsində qulluq keçib, ədliyyə polkovnikidir.

Şöhrət Qəhrəmanov bir müddət Bakı Hərbi prokurorunun müavini, hazırkı təyinatdan əvvəl isə Şəmkir hərbi prokuroru vəzifəsində çalışıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR