Onlayn ictimai-siyasi qəzet
İlk yayımlanma zamanı: 11.08.2024 (23:33)
Xəbər verdiyimiz kimi, Gəncə şəhərində kütləvi zəhərlənmə baş verib. Yas mərasimdə iştirak edən 111 nəfərin zəhərləndiyi qeyd olunur.
Anaolji hal Göygöl rayonunda da olub. Restoranlardan birində baş tutan toy məclisində 16 nəfərin qidadan zəhərləndiyi bildirilir. Zərərçəkənlər Göygöl və Gəncə şəhərlərində yerləşən xəstəxanalardan birinə çatdırılıb. Hazırda faktla bağlı araşdırma aparılır.
Məsələ ilə bağlı Musavat.com-a danışan Tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, bu cür zəhərlənmələr qida toksikoinfeksiyaları adlanır. Söhbət botulizmdən (Botulizm-müxtəlif tipli bakteriyalar və onların güclü ekzotoksinləri ilə törədilən ağır qida toksikoinfeksiyasıdır)gedir.
“Bu, adətən vaxtı keçmiş və saxlanma qaydaları pozulmuş qidalarda inkişaf edən bakteriyaların yaratdığı haldır. Onların tokisiki məhsulları bədənə daxil olduqda orqanizmdə zəhərlənmə yaradır. Ən qorxulusu botulizmdir. Botulizm tez ölümə gətirib çıxarır. Digərləri isə ağır tokisiki vəziyyətlər yaradır. Ölümə də səbəb ola bilərlər. Qidaların düzgün hazırlanması, saxlanma qaydalarına riayət edilməsi, vaxtı keçdikdə isə utlizasiyası vacibdir. Hər kəs bilməlidir ki, qida təhlükəsizliyi milli təhlükəsizlik konsepsiyasının tərkib hissəsidir. Ona görə də iaşə müəssisələrində qidaların hazırlanması zamanı ciddi nəzarət lazımdır. Sovet dövründə iaşə müəssisələrinə çox ciddi nəzarət var idi. İndi özəl iaşə müəssisələri mövcud olduğuna görə onların üzərində nəzarət mümkün olmur. Bu, içkilərə də aitdir. Hamıya məlumdur ki, özəl obyektlərdə, şadlıq evlərində içkilər hazırlanır. Onların texniki standartla hazırlanır? Əlbəttə, yox.
Bəzən boyat qidaları soyuducuda saxlayırlar və onlar kefiyyət parametrlərini xeyli itirir. Nəticədə tərkiblərində inkişaf edən ayr-ayrı mikro orqanizmlər belə fəsadlar törədir. Ət mənşəli bulyonlarda, xörəkərdə belə infeksiyalar daha çox inkişaf edir. Bu cür infeksiyalar mikrobların qida mənbəyidir”.
Həkimin sözlərinə görə, zəhərlənmələrə tərəvəz və meyvələr də səbəb ola bilər.
“Yay mövsümündə yetişdirilən meyvə və tərəvəzlərə gəmiricilərə qarşı vurulan dərmanlar, gübrələr meyvənin, tərəvəzin tərkibinə təsir edə bilər. Bu isə zəhərlənmə yaradır.
Göygöl və Gəncədə baş verən zəhərlənmələr kütləvi olduğu üçün cinayət təqibi yaradır. Hüquqi məsuliyyətdir. Əhaliyə açıqlamalar veriməlidir”.
Professor vətəndaşlara qida ilə bağlı məsləhətlərini də verib: “Mən ümumiyyətlə, nə toyda, nə də yasda yemək yemirəm. Çox az qida qəbul edirəm. Çalışıram ki, kefiyyətli yeməklər qəbul edim. Hər şeyi yemirəm. Çörəkdən imtina etmişəm.
Azərbaycanda qida mədəniyyəti son dərəcə aşağıdır. Biz həddən artıq qida qəbul edirik,az hərəkət edirik. Ona görə də millətin ömrü qısadır, tez xəsətələnir.
İaşə müəssisələri son dərəcə diqqətli olamlıdırlar. Öz gəlirləri üçün insanların talelərini sual altında qoymamlıdırlar. Bir vaxt özləri də bu aqibətlə üzləşə bilərlər. Vətəndaşlar məclisə gedəndə süfrəyə qoulan hər şeyi yeməyə cəhd etməsinlər. Seçimli olsunlar, az yeməyə meyilli olunlar. Təzə yeməklərdən istifadə etsinlər”.
Qeyd edək ki, Gəncədə baş verən zəhərlənmənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Agentliyin əməkdaşlarından ibarət mütəxəssis qrupu əraziyə ezam olunub. Hazırda müvafiq araşdırmalar aparılır. Araşdırmaların nəticələri barədə məlumat veriləcək.
Gəncə Birləşmiş Xəstəxananın Abbas Səhhət adına xəstəxananın Yoluxucu Xəstəliklər şöbəsinin müdiri İradə Dəmirovanın verdiyi məlumata görə, vətəndaşların kütləvi müraciəti qeydə alınıb. Onlar arasında yüngül, orta ağır və ağır olan xəstələr var. Hazırda 75-dən çox vətəndaş xəstəxanaya yerləşdirilib. Onların sayı artmaqda davam edir. İlkin versiyaya görə, müraciət edənlər yas mərasimində bozartma, halva, pomidor və xiyardan istifadə ediblər. Protokola görə ilkin tibbi yardım göstərilib, mədələri və bağırsaqları yuyulub. Hazırda ağırlaşmış və dünyasını dəyişmiş xəstə qeydə alınmayıb.
Şahanə Rəhimli
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ