İnsanlara hürriyət, millətlərə istiqlal!

Gənc Qan Donorlarının III Ümumrespublika Forumu keçirilib - Fotolar

Aprelin 6-da Bakıda Gənc Qan Donorlarının III Ümumrespublika Forumunun açılış mərasimi keçirilib.

Musavat.com bildirir ki, tədbir "Qırmızı Ürəklər" (Red Hearts) Fondu, Qan Donorları Assosiasiyası, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Mərkəzi Qan Bankı və "Fairmont" otelinin birgə tərəfdaşlığı ilə həyata keçirilib.

Tədbirdə qeyd olunub ki, forumun məqsədi ölkədə qan donorluğunun inkişafına dəstək, gələcək nəslin qorunması və eyni zamanda irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqların sağlamlığının bərpası üçün qan donorluğu istiqamətində cəmiyyətin maarifləndirilməsidir.

Forumda Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, Əməkdar həkim Rəşad Mahmudov, Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov, "Qırmızı Ürəklər Fondunun prezidenti Sevda Haqverdiyeva, Prezident Administrasiyasının Qeyri-Hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Valeh Hüseynov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış edərək, tədbirin əhəmiyyətindən danışıblar. Çıxışçılar ölkə ictimaiyyətinin diqqətini bir daha adı çəkilən sahəyə yönəltməklə qan vermənin faydalarını daha geniş auditoriyaya çatdırılmasının vacibliyini vurğulayıblar.

Qeyd edək ki, Forum çərçivəsində paytaxt Bakıdan və regionlardan seçilmiş 30 nəfər gənc "könüllü donor şəbəkəsinin" qurulması mövzusunda təşkil olunan 3 günlük təlimdə iştirak ediblər. Gənclər arasında yaradılan kommunikasiya və aldıqları təlimlər imkan yaradacaq ki, ölkədə qan donorluğu istiqamətində mobil könüllü qruplar olaraq fəaliyyət göstərsinlər.


Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Noyabr 2024

10 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR