Onlayn ictimai-siyasi qəzet
Yeddilik Qrupu (G7) Rusiya neftinin qiymət tavanının aşağı salınması imkanlarını müzakirə edir.
Musavat.com xəbər verir ki, bunu xarici jurnalistlər üçün keçirdiyi brifinqdə ABŞ dövlət katibinin enerji resursları üzrə köməkçisi Cefri Piat TASS-ın sualını cavablandırarkən deyib.
O, "Qısa cavab bəli" deyib. Rəsmiyə görə, ABŞ və onun qiymətə nəzarət koalisiyasındakı tərəfdaşları “Rusiyanı enerji gəlirlərindən məhrum etmək üçün fəaliyyətlərini davam etdirməyə sadiqdirlər”.
Xatırladaq ki, Avropa İttifaqı və G7 2022-ci ilin dekabrından Rusiya neftinə 60 dollarlıq qiymət tavanı tətbiq ediblər. Bu həddən yuxarı satılan Rusiya neftini daşıyan, bu əməliyyatı maliyyələşdirən, sığortalayan şirkətlərə sanksiya tətbiq olunur.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ