İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransalı deputatdan Makronu DƏLİ EDƏN AÇIQLAMA: "Siyasi məhbuslar..." - VİDEO

Fransada siyasi məhbuslar var.

Bunu Fransa Milli Assambleyasında müxalifətdə olan əsas siyasi qruplardan biri olan “Əyilməz Fransa – Yeni Xalq Cəbhəsi”nin (solçular) sədri, deputat Matilda Panot Fransanın “Franceİnfo” telekanalında canlı yayımda deyib.

Onun sözlərinə görə, hər bir ölkə öz problemləri ilə məşğul olmalıdır:

"Bilirsiniz ki, bizdə də siyasi məhbuslar var və mən bunu deyirəm. Bəli, bizdə siyasi məhbuslar var. Mən Kanak və Sosialist Milli Azadlıq Cəbhəsinin (FLNKS) sədrini nəzərdə tuturam və onun dərhal azad edilməsini tələb edirəm. Bu, kanaklı hazırda Kanakidən (Yeni Kaledoniya) 17 min km uzaqlıqda həbsxanadadır. Ona görə də hər bir ölkə öz daxili problemləri ilə məşğul olmalı və öz qapısının qarşısını təmizləməlidir. Bu baxımdan insan hüquqlarına hörmət edilməsi və Fransada siyasi məhbuslar olmaması yaxşı olardı"./Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR