İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransadan Azərbaycana qarşı növbəti TƏXRİBAT

Fransanın Overn-Ron-Alp bölgəsi Qarabağ erməniləri üçün “humanitar karvan” təşkil edir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə regionun Ermənistanda səfərdə olan rəhbəri Loran Voke martın 31-də İrəvanda qondarma “dqr”in “xarici işlər naziri” Sergey Qazaryanla birgə mətbuat konfransında bildirib.

Vokenin sözlərinə görə, maşın kolonu Fransanın erməni təşkilatları ilə birgə Overn-Ron-Alp regionunun bayrağı altında təşkil olunacaq.

“Kolon Laçın dəhlizinə yaxınlaşacaq və biz azərbaycanlılardan onu buraxmağı tələb edəcəyik. Ya o maşınlar keçəcək və biz kiçik bir ümid qapısı açacağıq, ya da keçməyəcək və bu, bizə Avropa təşkilatlarının insan hüquqlarının pozulması məsələsini yenidən gündəmə gətirməyə əsas verəcək”, - Loran Voke həyasız və şantaj dolu cümlə işlədib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR