İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransada Olimpiada öncəsi TƏXRİBAT - Mətbuat konfransı ləğv edildi

Fransada Olimpiada öncəsi dəmir yolunda təxribat olub.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, sürət qatarlarının hərəkəti iflic olub.

Məlumata görə, naməlum şəxslər üç xətt üzrə siqnal şkaflarını və kabelləri zədələyib. Gecikmələr təxminən 800 min sərnişinə təsir edib. Parisdən Londona "Eurostar" qatarları ləğv edilib.

Olimpiadanın açılışına 20 dəqiqə qalmış mətbuat konfransı da heç bir izahat verilmədən qəfil ləğv edilib.

Bu barədə "Sky News"un jurnalisti Rob Harris "X" sosial şəbəkəsində məlumat verib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR