İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransada amerikalı turist tualet kabinəsində zorlanıb

Amerikalı turist sevgilisi ilə Parisə gəlib və ictimai tualetdə təcavüzə məruz qalıb.

Hadisə bir neçə gün öncə baş verib.

Cütlük şəhərin mərkəzindəki Notr Dama gəlib. Kilsədən bir qədər aralıda 27 yaşlı qadın tualet kabinəsinə girib. Onun sevgilisi isə çöldə gözləyib.

Kişi qəfildən yüksək qışqırıq eşidib və köməyə qaçıb. İçəri girəndə isə sevgilisinin zorlandığını görüb.

Amerikalı polis gələnə qədər təcavüzkarı tualet kabinəsində kilidləyib.

Saxlanılan 23 yaşlı evsiz əlcəzairli qadına hücum edən zaman sərxoş olub. Dindirilmə zamanı şübhəli şəxs bildirib ki, turist onunla cinsi əlaqədə olmağa razılıq verdiyi üçün heç bir zorlama olmayıb.

Zərərçəkmiş xəstəxanaya çatdırılıb. Amerikalı cütlük polisə ifadə verdikdən sonra ABŞ-a qayıdıb.

Mənbə: lenta.ru

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR