İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa mediasının Ərdoğanla bağlı yazdıqları hər kəsi heyrətləndirdi: "Vazkeçilməz liderdir ..." - VİDEO

Fransanın “Le Figaro” qəzetində Türkiyənin diplomatik addımlarını tərifləyən məqalə dərc olunub.

Musavat.com xəbər verir ki, məqalədə prezident Rəcəb Tayyib Ərdoğan həm Ukrayna, həm də Rusiya ilə diplomatiyasına görə “sülhpərvər və hamı ilə dialoq quran bir insan” olaraq xarakterizə edilib.

“Ərdoğanın diplomatiyası Türkiyəni beynəlxalq arenada necə vazkeçilməz edib?”

Fransanın “Le Figaro” qəzeti bu başlıqla Türkiyənin beynəlxalq diplomatiyadakı rolundan yazıb. 

Yazıda Türkiyənin Ukrayna müharibəsi ilə bağlı atdığı addımların həm şərqdə, həm qərbdə, həm də ərəb dünyasında təqdir olunduğu diqqətə çatdırılıb. Eyni zamanda yazıda Türkiyənin Azərbaycanın İkinci Qarabağ Müharibəsindəki rolundan da bəhs edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR