İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa Ermənistana görə özünü riskə atır

“Fransa hava hücumundan müdafiə sistemi Ermənistan vasitəsilə Rusiyaya göndərilir, bu silahlar daha sonra Ukrayna və İsrailə qarşı təkrar istifadə ediləcək. Əgər hər hansı bir şübhəniz varsa, Ermənistanın hava hücumundan müdafiəsinə sözün həqiqi mənasında cavabdeh və ona nəzarət edən Rusiya olduğunu görə bilərsiniz”.

Musavat.com Caliber.az saytına istinadən xəbər verir ki, bu barədə kanadalı ekspert, Kanada-NATO Assosiasiyasının enerji təhlükəsizliyi proqramının direktoru Robert Katler yazıb.

İsrailli ekspert və Begin-Sadat Mərkəzinin postsovet konfliktləri proqramının direktoru Zeev Hanin də eyni fikirdədir. O qeyd edib ki, Ermənistan nəinki KTMT-nin üzvü olmaqda davam edir, həm də Moskvanın idarə etdiyi Avrasiya İqtisadi İttifaqının bir hissəsidir. Ermənistan ərazisində - Gümrü və İrəvanda yerləşən Rusiyanın iki hərbi bazasının çıxarılmasından isə söhbət belə getmir.

“Bütün bunlarla yanaşı, Ermənistan hələ də qismən Rusiya-İran alyansının hərbi-logistik mərkəzi rolunda çıxış edir” - deyə politoloq Ariel Koqan İsrailin “i24News” telekanalının saytında yazıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR