İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa dondurulmuş Rusiya aktivlərini Ukraynaya yönəltməkdən çəkinmir


Fransa dondurulmuş Rusiya aktivlərindən Ukraynaya silah tədaürükü üçün istifadə emtək niyyətindədir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Fransa Müdafiə Naziri Sebastyan Lekornunun La Tribune qəzetinə verdiyi müsahibəsində qeyd olunub.

Söhbət 195 milyon avro dəyərində silah tədarükündən gedir.

Lekornu bildirib ki, Paris Ukrayna ordusuna AMX-10RC tankları və zirehli transportyorlar təqdim edəcək.
"Bundan əlavə, bu il dondurulmuş Rusiya aktivlərindən əldə olunan faiz gəlirləri sayəsində biz 195 milyon avro dəyərində yeni yardım paketi ayıracağıq. Bu, Ukrayna Mirage 2000 qırıcıları üçün nəzərdə tutulan 155 mm-lik artilleriya mərmilərinin və AASM idarə olunan hava bombalarının tədarükünə imkan verəcək", – deyə Lekornü əlavə edib.

Fransa müdafiə naziri ABŞ-ın "böyük dərəcədə qeyri-müəyyən siyasət yürütməsinə baxmayaraq", hələ də Fransa üçün müttəfiq olduğunu vurğulayıb və Avropanın Rusiya tərəfindən təhlükə ilə üzləşdiyini bildirərək təmkinli olmağa çağırıb.

"Mən Üçüncü Dünya Müharibəsinin olacağını deyənlərdən deyiləm. Sadəcə, indiyə qədər bildiyimiz hər şeyin sual altına alındığını və bunun ABŞ-ın qeyri-müəyyənliyinə görə daha da sürətləndiyini dərk etməliyik. Məhz buna görə biz Avropada sülhü təmin etmək üçün müdafiə səylərimizi gücləndirməliyik", – deyə nazir vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Mart 2025

BÜTÜN XƏBƏRLƏR