Onlayn ictimai-siyasi qəzet
Əməkdar artist Firuzə İbadova duet ortağı, Əməkdar artist Cavanşir Məmmədovun ölümündən sonra səhnəni tərk etməsi haqda yayılan xəbərlərə münasibət bildirib.
Musavat.com axşam.az-a istinadən xəbər verir ki, sənətçi sosial şəbəkədə paylaşım edərək xəbərin təhrif olunduğunu bildirib:
"Firuzə İbadova Cavanşir Məmmədov üçün səhnəyə əlvida dedi" haqda xəbər doğru deyil. Mən Cavanşir Məmmədovdan sonra səhnəni heç kimlə paylaşa bilmərəm, mən duet oxumağa əlvida demişəm, səhnəyə deyil. Mən sənətimi, səhnəni sevirəm və heç vaxt tərk edə bilmərəm! Əksinə onun ruhu şad olsun deyə, nəğmələrimizi yaşadacağam! Çox xahiş edirəm, yanlış məlumat paylaşmayın".
25 Noyabr 2024
08:25 Ermənistan şirkətləri Rusiyaya qızıl ticarətinə qoyulmuş sanksiyadan yan keçməyə kömək edirlər
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ