İnsanlara hürriyət, millətlərə istiqlal!

"Financial Times": ABŞ Ukraynanın neft, qaz və enerji resurslarına çıxış əldə edir

ABŞ və Ukrayna arasında yeni saziş imzalanmaq üzrədir.

Musavat.com xəbər verir ki, "Financial Times" yüksək səviyyəli ukraynalı rəsmilərə istinadən yazır: Vaşinqton yalnız Ukraynanın nadir və strateji minerallarına deyil, həm də ölkənin neft, qaz ehtiyatlarına və əsas enerji infrastrukturuna — o cümlədən təbii qazın tranziti üçün nəzərdə tutulmuş obyektlərə çıxış əldə edəcək.

Mənbələr bildirir ki, bu həftə sazişin imzalanması gözlənilir. Şanslar isə Ukraynanın baş naziri ilə ABŞ maliyyə nazirinin əldə etdiyi razılaşmadan sonra daha da artıb.

Razılaşmaya görə, ABŞ-ın Ukraynaya əvvəlki yardımları bu saziş çərçivəsində nəzərə alınmayacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR