İnsanlara hürriyət, millətlərə istiqlal!

Filippində daşqınlar nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb

Filippində leysan yağışlar nəticəsində baş verən daşqınlar səbəbindən ölənlərin sayı 25 nəfərə çatıb, daha 26-nın itkin düşdüyü bildirilir.

AZƏRTAC xəbər verir ki, bu barədə dekabrın 28-də Risklər Barədə Xəbərdarlıq və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Milli Şurası məlumat yayıb. Qeyd edilir ki, daşqınlar ölkənin 10 əyalətində 393 indən çox insana zərər vurub.

Şuranın məlumatına görə, hazırda 81,4 min nəfər 292 təxliyə mərkəzinə yerləşdirilib. Ölkənin 9 regionunda təbii fəlakət daşqınlar və torpaq sürüşmələri kimi hadisələr törədib.

Nəticədə 909 evə və 287 tikiliyə 11,7 milyon peso (210 min dollar) dəyərində zərər dəyib. İnfrastruktur obyektlərinə isə ümumilikdə 20,8 milyon peso (373,3 min dollar) zərər dəydiyi bildirilir. Daşqınların 123 yola, 12 körpüyə zərər vurduğu, 15 dəniz limanının işində fasilələr yarandığı qeyd edilir. Həmçinin 63 şəhərdə elektrik enerjisinin verilişində fasilələr yarandığı bildirilir.

Eyni zamanda ölkənin 67 şəhərində və 70 bələdiyyəsində dərslərin dayandırıldığı, iki şəhərdə fövqəladə vəziyyət rejiminin tətbiq olunduğu qeyd edilir. Hökumət tərəfindən yardım üçün 6,66 milyon peso (119,2 min dollar) vəsaitin ayrıldığı bildirilir.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR