Onlayn ictimai-siyasi qəzet
Slovakiyanın baş naziri Robert Fiko yaxın həftələrdə və ya aylarda ona qarşı növbəti hücumun baş verə biləcəyindən ehtiyat edir.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, o, bu sözləri “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramına müsahibəsində deyib.
“Qorxuram ki, yaxın həftələrdə və ya aylarda oxşar hücum baş verə bilər. Amma biz özümüzü qorxutmağa icazə verə bilmərik”, - baş nazir əlavə edib.
Slovak siyasətçi qeyd edib ki, bəzən ona elə gəlir ki, Avropada çoxları onun “nisbətən yaxşı vəziyyətdə real siyasi həyata qayıtmasından” məyusdurlar.
Onun sözlərinə görə, Slovakiyada həyəcanlı atmosfer formalaşıb. “Müxalifət hələ də situasiyanı şişirdir ki, biz bir növ mafiyayıq, biz bir növ qatilik, bir növ Putinin agentləriyik və bu cür cəfəngiyyatlar yayırıq”, o vurğulayıb.
“Mən inanıram və çox əminəm ki, tezliklə sağlam düşüncə qalib gələcək və biz bu gün Ukraynada baş verən hərbi münaqişəyə başqa cür baxacağıq. Bilirsiniz ki, mən bu münaqişə ilə bağlı fikri olan insanlardanam”, - deyə Fiko fikrini yekunlaşdırıb.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ