Onlayn ictimai-siyasi qəzet
FİFA futbolda zaman itkisinin qarşısını almaq məqsədi ilə bir sıra yeni qərarlar qəbul emtəyə hazırlaşır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.
Məlumata görə, FİFA həftəsonu Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (İFAB) iclasında bu mövzuda yeni qərarları qəbulunu müzakirə edəcək.
Bildirilir ki, qurum iyun ayından etibarən oyunlarda qol sevincinə sərf olunan vaxtı da görüşün əsas vaxtına əlavə etmək niyyətindədir.
Daha əvvəl FİFA DÇ-2022-də də vaxt itkisinin qarşısını almaq məqsədi ilə bir neçə sınaq həyata keçirmişdi. FİFA mundialı idarə edən hakimlərə oyunun dayanması zamanı dəqiq olaraq nə qədər vaxt sərf olunduğunu hesablamağı tapşırmışdı. Ona görə də görüşlərə əlavə olunan dəqiqələr 4-5 dəqiqəyədək artmışdı.
11 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ