İnsanlara hürriyət, millətlərə istiqlal!

FHN-in əməkdaşı qəzaya düşdü

Fövqəladə Hallar Nazirliyinin əməkdaşı qəzaya düşüb.

Musavat.com-un "Qafqazinfo"ya istinadən xəbərinə görə, hadisə Oğuz rayonunun Sincan kəndi ərazisində baş verib.

Belə ki, "VAZ-2207" markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə avtomobilin sürücüsü Umarov Aslan Xalid oğlu və sərnişin müxtəlif dərəcəli xəsarətlər alıb. Xəsarət alanlar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, Aslan Umarov Fövqəladə Hallar Nazirliyinin Oğuz Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR