İnsanlara hürriyət, millətlərə istiqlal!

Fəzail Ağamalı: “Vardanyana qarşı cinayət işi açılmalı, qolları qandallanmalıdır”

Milli Məclisin 2022-ci ildə son iclası Sahibə Qafarovanın sədrliyi ilə öz işinə başlayıb. Deputat Fəzail Ağamalı Milli Məclisdəki çıxışında əvvəlcə qarşıdakı bayramlar münasibətilə təbriklərini çatdırdı. Daha sonra o, Şuşa-Xankəndi yolunda keçirilən aksiyanın davam etdirilməsi zərurətindən danışdı.

Deputat bildirdi ki, bu əraziyə hər hansı beynəlxalq qurumun əməkdaşlarının gəlişinə ehtiyac yoxdur. F.Ağamalının sözlərinə görə, Azərbaycanın dövlət qurumları qanunsuz istismar edilən mədənlərimizdə monitorinq keçirib, nəticəsi barədə dövlət başçısına məruzə etməlidir.

Deputatın sözlərinə görə, nə qədər ki, Gorus-Xankəndi yolunda nəzarət buraxılış məntəqəsi, sərhəd və gömrük postu yaradılmayıb, aksiya davam etdirilməlidir. F.Ağamalı Qarabağdakı canilərin lideri barədə də təklif verdi: “Ruben Vardanyana qarşı cinayət işi açılmalı, onun qolları qandallanmalı və Bakıya gətirilməlidir!”

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR