İnsanlara hürriyət, millətlərə istiqlal!

Fəxrəddin Məmmədov vəfat etdi - FOTO

 
Azərbaycan Tibb Universitetinin (ATU) professoru, tarixçi Fəxrəddin Məmmədov vəfat edib.

Musavat.com İqtisadiyyat.az-a istinadən xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra 75 yaşında dünyasını dəyişib.

Tarixçi ali təhsil müəssisəsinin İctimai fənlər kafedrasının professoru vəzifəsində çalışırdı.

Qeyd edək ki, Məmmədov Fəxrəddin Nəriman oğlu 1948-ci il dekabrın 13-də Hacıqabul rayonunun Qızılburun kəndində ziyalı ailəsində anadan olub. O, 1966-1971-ci illərdə indiki Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib. 1994-cü ildən isə ATU-da işləməyə başlayıb. F.Məmmədov ATU-nin Böyük Elmi Şurasının, BDU-nin Tarix fakültəsinin müdafiə Şurasının və Azərbaycan Yaradıcılıq Akademiyasının həqiqi üzvü olub. Bundan əlavə, O, "Azərbaycan tarixçiləri” Respublika Cəmiyyətinin sədr müavini idi.

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR