Onlayn ictimai-siyasi qəzet
ABŞ Mərkəzi Bankı - Federal Ehtiyat Sistemi (FED) ABŞ-da inflyasiyaya dair proqnozunu artırıb.
Musavat.com qurumun açıqlamasına istinadən xəbər verir ki, 2025-ci il üçün inflyasiya proqnozu dekabrda gözlənilən 2,5 faizdən 2,7 faizə, 2026-cı il üçün isə 2,1 faizdən 2,2 faizə qaldırılıb, 2027-ci il üçün inflyasiya proqnozu 2 faiz səviyyəsində saxlanılıb.
Eyni zamanda Federal Ehtiyat Sistemi ABŞ-ın 2025-ci il üçün ÜDM artımı proqnozunu 2,1 faizdən 1,7 faizə, 2026-cı il üçün 2 faizdən 1,8 faizə, 2027-ci il üçün 1,9 faizdən 1,7 faizə qədər pisləşdirib.
Uçot dərəcəsini 4,25-4,5 faiz səviyyəsində saxlayan FED rəhbərlərinin median proqnozuna görə, 2025-ci ilin sonuna qədər faiz dərəcəsi 3,9 faizə düşəcək, yəni bu il cəmi 50 faiz bəndi azalacaq. 2026-cı ilin sonunda dərəcə üzrə proqnoz 3,4 faiz, 2027-ci ilin sonunda isə 3,1 faiz təşkil edir.
Musavat.com
20 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ