Onlayn ictimai-siyasi qəzet
Millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd cəhdində ittiham olunan dəstə üzvlərinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Müttəhimlər Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov və Səbuhi Şirinovun cinayət işini hakim Elnur Nuriyev araşdıracaq.
İş üzrə Fazil Mustafa zərərçəkmiş qismində tanınıb.
Qeyd edək ki, ötən ilin martında deputata qarşı sui-qəsd cəhdi olub. F.Mustafa "Kalaşnikov" avtomatından açılan atəş nəticəsində xəsarət alıb.
Cinayət işinin istintaqını Dövlət Təhlükəsizliyi Xidməti (DTX) aparıb.
Terror aktında təqsirləndirilən 5 nəfər Cinayət Məcəlləsinin 277-ci (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissə
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ