İnsanlara hürriyət, millətlərə istiqlal!

Fazil Mustafa: “Naxçıvanda aksiya keçirib, onlara cavab verməliyik”

Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat Fazil Mustafa bildirdi ki, bu gün bütün Azərbaycan vətəndaşlarını, xüsusilə Bakıda yaşayan sakinləri narahat edən əsas problemlərdən biri tıxac məsələsidir.

O qeyd etdi ki, hər gün bir-iki saat tıxacda qalan insanlar zülüm çəkirlər və problemin həlli istiqamətində addımlar atılmalıdır: “Nəqliyyat vasitələrindən elə fotolar paylaşırlar ki, onlara baxmaq mümkün deyil . Bu məsələ üzərində işləməliyik. Hətta bu, bizim iqtisadiyyatımıza da zərbədir. Mən təklif edirəm ki, bu məsələ ilə bağlı tender keçirmək lazımdır. Xarici ölkələrin təcrübələri öyrənilməlidir. Təsəvvür edin ki, avtobusda, metroda hərəkət etmək mümkün deyil. Biz bunun yolunu tapmalıyıq”.

F.Mustafa ardınca Qarabağdakı separatçıların Xankəndidə keçirdiyi aksiyalardan bəhs etdi. Deputat bildirdi ki, bu gün QHT-lərimiz Xankəndi yolunda çox böyük qəhrəmanlıq edir. Amma ermənilərin Xankəndi aksiyasına Naxçıvanda aksiya keçirməklə cavab vermək lazımdır. Naxçıvanda mitinq keçirib yolun açılması tələbilə kütləvi tədbirlər keçirib dünyaya tələblərimizi yaymalıyıq. Dünyanın bütün telekanalları, Avronyus və digərləri Xankəndidəki ermənilərin aksiyasını yayır. Ermənilər dünyaya elə təbliğ edirlər ki, sanki bir onların yol problemi var. Bizim də Naxçıvan problemimiz var. Naxçıvanda aksiya keçirib, onlara cavab verməliyik”.

Deputat təbliğatda uduzmamaq üçün addımların atılmasını zəruri saydı: “Eyni zamanda diplmatiyamızın əlində arqumentlərin olması üçün müvafiq qurumların bununla əlaqədar addım atması məqsədəuyğun olardı”.

E.Paşasoy,

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR