İnsanlara hürriyət, millətlərə istiqlal!

FAO nümayəndəsi: “Bakı Forumu ərzaq təhlükəsizliyi sahəsində problemləri müzakirə etməyə imkan verəcək”

Qlobal Bakı Forumu müxtəlif məsələlərin həllinə kömək edə bilər.

Bu barədə “Report”a açıqlamasında BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) nümayəndəsi İsmaxane Eluafe bildirib.

O deyib ki, bu gün Azərbaycanın paytaxtında keçirilən tədbir iqlim dəyişikliyi və ərzaq təhlükəsizliyi sahəsində problemləri müzakirə etməyə imkan verəcək.

O bildirib ki, BMT-nin məlumatına görə, 2021-ci ildə 828 milyon insan aclıqla üzləşib ki, bu da 2020-ci ildəki göstəricidən 150 milyon nəfər çoxdur.

İ.Eluafe vurğulayıb ki, bütün bunlar ədalətsiz bölgü və kifayət qədər ərzaq məhsullarının tədarükünün olmaması ilə bağlıdır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR