İnsanlara hürriyət, millətlərə istiqlal!

F-16 qırıcıları müharibədə dönüş yarada bilərmi? – ABŞ Ukraynaya tort da verir, qaşıq da...

Niderland Ukraynaya 42 ədəd F-16 markalı qırıcı təyyarə verəcək. Bunu ilk olaraq Ukrayna prezidenti Vladimir Zelenski anons edib. O, Niderlandın baş naziri Mark Rütte ilə görüşdə razılıq əldə olunduğunu, təyyarələrin Ukrayna pilotları və mühəndisləri təlimlər keçdikdən sonra təqdim olunacağını bildirib.

Bu yenilik Rusiyada müəyyən narahatlıq doğurumaqla yanaşı, F-16 qırıcılarına marağı da artırıb.

Rusiya-Ukrayna müharibəsi ilə maraqlanan hər kəsdə belə bir sual doğub ki, bu qırıcı təyyarələr müharibədə dönüş yarada bilərmi? Bu nə dərəcədə güclü silahdır?

F-16 qırıcısınən tam adı belədir: “General Dynamics F-16 Fighting Falcon”.

nolaltı.JPG (53 KB)

Bu, həm dəqiq idarə olunan raketləri, həm də bombaları daşımağa qadir, çoxməqsədli yüngül qırıcı təyyarədir. Uzun illərdir ki, ABŞ ordusu və NATO ölkələri F-16-larla təchiz olunub. Bu ilin may ayından Ukraynaya təkrar ixraca icazə verilib.Onların Rusiya ordusunda olan döyüş təyyarələrinin hava məkanını daraldacağı güman edilir.

F-16 1974-cü ildə ABŞ hərbi hava qüvvələri üçün yüngül qırıcı yaratmaq proqramının bir hissəsi olaraq ortaya çıxıb. Onu Amerikanın “General Dynamics” şirkəti hazırlayıb.

1978-ci ildən F-16 qırıcısı ABŞ ordusunda istifadəyə qəbul olunub. Uğurlu dizaynı, universallığı və nisbətən aşağı sürəti sayəsində bu təyyarə tez bir zamanda beynəlxalq silah bazarında məşhurlaşıb.

Bu, ən kütləvi dördüncü nəsil səsdən sürətli qırıcıdır. İndiyədək 4600-dən çoxu F-16 hazırlanıb və 25 ölkə onları qəbul edib.

F-16-nın ilk döyüş istifadəsi hadisəsi 26 aprel 1981-ci ildə Livanda vətəndaş müharibəsi zamanı baş verib. Sonra bu qırıcılar İsrail ordusu tərəfindən istifadə edilibi.

321283.jpg (109 KB)

NATO-nun bir neçə ölkəsi F-16-ları Yuqoslaviyaya qarşı hərbi əməliyyat zamanı əsas hücum təyyarəsi kimi istifadə edib.

2001-ci ilin may ayından etibarən İsrailin F-16 qırıcıları Fələstin muxtariyyətində terrorçulara zərbələr endirirlər. 5 oktyabr 2003-cü ildə İsrail F-16-ları Hayfada bir restorana edilən terror hücumuna cavab olaraq qrupun Suriyadakı baza düşərgəsini vurub.

Amerika F-16-lardan 2003-cü ildə İraq müharibəsi zamanı zərbəçi təyyarə kimi istifadə edib.

F-16-lar 2021-ci ildə ABŞ qoşunları çıxarılana qədər Əfqanıstandakı hərbi əməliyyatlarda da fəal şəkildə istifadə olunub.

turk16.JPG (28 KB)

Türkiyə hərbi hava qüvvələri F-16 qırıcılarından əlçatmaz dağlıq ərazilərdəki mağaralarda gizlənən PKK terrorçularının mövqelərini bombalamaq üçün istifadə edir. Hərdən Aralıq dənizində güc göstərməyə çalışan Yunanıstan donanmasını “ağıllandırmaq” üçün Türkiyənin F-16-larının çəkindirici uçuşlar etməsi lazım gəlir.

Hər hansı hərbi texnikada, xüsusən də təyyarələrdə olduğu kimi, F-16-larda da itkisiz ötüşmək mümkün olmur. 1978-ci ildən bəri 670-dən çox F-16 qəzası qeydə alınıb və bu qəzalarda 208 pilot və qəza zonasında olan 98 nəfər həlak olub.

qeza-f16.JPG (25 KB)

Artıq daha müasir qırıcı modellərin meydana çıxmasına baxmayaraq, təkmilləşdirilmiş F-16-ların ixrac üçün istehsalı davam edir. NATO-ya üzv ölkələr üçün F-16 istehsalı üzrə beynəlxalq konsorsiuma Belçika, Danimarka, Hollandiya şirkətləri daxildir, lakin qərargahı ABŞ-da yerləşir.

F-16 seriyalı təyyarələrin özü dəfələrlə təkmilləşdirilib. Köhnə təyyarələr yenidən təchiz edilib, yenilərinə bəzi dəyişikliklər əlavə olunub. Təyyarənin 15-dən çox modifikasiyası var.

F-16-nın özəllikləri:

ekipaj bir nəfərdən ibarətdir;
uçuş məsafəsi - 4000 km;
maksimum uçuş hündürlüyü - 18000 metr;
təyyarənin döyüş radiusu - 1361-1759 km;
maksimum sürət - 2145 km / saat;
kruiz sürəti - 0,93 M;
qaldırma sürəti - 275 m / s.

sxem06.JPG (58 KB)

 

Döyüş silahlanmasına aşağıdakılar daxil ola bilər:

atıcı silahlar və top silahları (511 patronu olan altı lüləli 20 mm M61A1 topu);
idarə olunan yüksək dəqiqlikli raketlər (“hava-hava”, “hava-yer”);
bombalar (düzəldilmiş, çoxluq və sərbəst düşmə).
F-16-nın üstünlüklərindən biri - yüksək manevr qabiliyyəti. Təyyarənin gövdəsinin tərkibi 80% aviasiya məqsədləri üçün yüngül alüminium ərintisindən ibarətdir.

F-16-nın yalnız bir mühərriki var, buna görə də bu qırıcılar üçün uçuş məsafəsi və döyüş yükü ciddi şəkildə məhduddur. F-16 maksimum 9,2 ton yük daşıya bilər.

Mütəxəssislər F-16 qırıcılarının üstünlüklərini istismarın asanlığı, elektron komponentlərin yaxşı tərtibatı və pilot üçün yaxşı mənzərə ilə əlaqələndirirlər.

F-16-nın qiyməti

6df1986f-48d84b4ebb9bbf67fa0437c389feee92.jpg (168 KB)

Çox sayda konfiqurasiya variantını nəzərə alaraq bir F-16-nın qiyməti 43 milyon dollardan 55 milyon dollara qədər dəyişə bilər. The National Interest F-16-nı dünyanın ən yaxşı və sərfəli reaktiv qırıcılarından biri adlandırıb.

Ukraynada münaqişə başlayandan Kiyev hərbi əməliyyatlarda istifadə edmək üçün Qərb ölkələrindən icazə istəyirdi. Bunun üçün prezident Vladimir Zelenski şəxsən Avropanı gəzib, müxtəlif ölkələrin liderləri ilə görüşüb. O, F-16 məsələsi 2023-cü ilin mayında Xirosimada keçirilən G-7 sammiti zamanı da gündəmə gətiriib, nəhayət məqsədinə çatıb.

19 may 2023-cü ildə beynəlxalq mediada xəbər yayılıb ki, Qərb Ukraynaya F-16 qırıcıları verməyə razılaşıb, lakin bu, birbaşa Vaşinqtondan deyil, vasitəçilər vasitəsilə həyata keçiriləcək. Hollandiya, Danimarka, Norveç öz sərəncamlarında olan təyyarələri Ukraynaya təhvil verməyə razılaşıb.

2023-cü il iyunun əvvəlində ilk F-16 döyüş təyyarələri Ukraynaya təhvil verilib. Ümumilikdə, Kiyev 128 F-16 tələb edirdi, lakin Niderlandın verəcəyi 42 F-16-ya qədər Qərb ölkələrinin obyektiv imkanları yalnız 30-50 qırıcıya çatırdı.

Ancaq F-16-ları idarə etmək üçün pilotların, infrastruktur, texniki və digər personalın hazırlanması aylarla çəkə bilər, onlarsız F-16 hətta təlim uçuşları üçün istifadə edilə bilməz.

Bundan əlavə, F-16 təyyarələri üçün silahlar kifayət qədər bahadır - bir AIM-120 raketi 1 milyon dollara başa gəlir və onun istehsalı 1-2 il çəkə bilər.

Lakin münaqişə uzanarsa, F-16 uzunmüddətli perspektivdə Rusiya ordusu üçün təhlükə yarada bilər.

fsu16-35.JPG (44 KB)

                        F-16-lar                                                         SU-35-lər

Uçuş performansı baxımından müasir F-16-lar Rusiyada xidmətdə olan bir çox qırıcılardan üstündür və Su-35-lə müqayisə oluna bilər.

Bununla belə, rus generaliteti hesab edir ki, Ukraynaya təhvil verilən F-16-ların sayı Rusiya ordusu üçün ciddi təhlükə yaratmır - texnikanın sayına görə Rusiya hələ də üstündür. Bundan əlavə, Qərb ölkələri indiyədək bu qırıcının yalnız köhnəlmiş versiyalarını verməyə razılaşıblar və onları daha müasir modellərlə əvəz etmək istəyirlər.

Ancaq ABŞ Ukraynaya tortla yanaşı qaşıq verməyi də düşünür. Hələ ötən ilin iyul ayının 16-da yayılan xəbərə görə, ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynada hərbi pilotların hazırlanması üçün 100 milyon dolların ayrılmasını təsdiqləyib.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR