Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Gürcüstanın paytaxtı Tiflisdə və müxtəlif bölgələrində hökumət əleyhinə aksiyalar davam edir. Tiflisdə hüquq-mühafizə orqanları etirazçılara qarşı su şırnaqlarından istifadə edir. Buna cavab olaraq, etirazçılar pirotexniki vasitələr tətbiq edirlər. Şəhərdə vəziyyət gərgin olaraq qalır.
Eyni zamanda, Paper Kartuli-nin məlumatına görə, etirazlar artıq ölkə miqyasında genişlənib. Xashuri, Batumi, Zugdidi, Kutaisi və digər şəhərlərdə də insanlar küçələrə çıxaraq hökumət əleyhinə şüarlar səsləndiriblər.
Poti şəhərində isə etirazçılar Interpressnews-un verdiyi məlumata əsasən, limanın girişlərindən birini bağlayıblar. Bu addım bölgədə iqtisadi hərəkətliliyi məhdudlaşdırıb.
Aksiyaların əsas səbəbi hökumətin qərbə inteqrasiya və demokratik islahatlar istiqamətində addımları gecikdirməsi ilə əlaqələndirilir. Müxalifət nümayəndələri hökumətin avropayönümlü kursdan uzaqlaşdığını iddia edirlər.
Etirazların miqyasının daha da genişlənəcəyi və vəziyyətin hansı istiqamətdə dəyişəcəyini zaman göstərəcək. Hazırda vəziyyət gərgin olaraq qalır.
Musavat.com
03 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ