İnsanlara hürriyət, millətlərə istiqlal!

Estoniyada yaşayan Rusiya vətəndaşlarının səsvermə hüququ məhdudlaşdırılır

Estoniyanın Ədliyyə Nazirliyi respublikada yaşayan və Rusiya vətəndaşlığı olan şəxslərin yerli seçkilərdə iştirak hüququnu məhdudlaşdıran qanun layihəsi hazırlayıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, yerli “Radio News”-un çərşənbə günü yaydığı məlumata görə, yaxın vaxtlarda ədliyyə naziri Kaale Laanet bunu koalisiya tərəfdaşlarına və ictimaiyyətə təqdim edəcək.

İlkin məlumatlara görə, qanun layihəsində göstərilir ki, Estoniya dövləti Rusiya vətəndaşlarının azadlığını təmin etmək iqtidarında deyil, ona görə ki, onlar vətəndaşı olduqlaı ölkələrin təsiri altındadır.

Nəzərdə tutulur ki, seçki qanununa dəyişiklik ediləcək və yeni müddəaya görə, Avropa Parlamenti tərəfindən aqressor ölkə kimi tanından xarici ölkələrin vətəndaşları səsvermədə iştirak edə bilməz.

Qanunvericiliyə edilən dəyişikliklərin məqsədi Estoniyada yaşayan Rusiya vətəndaşlarının yerli hakimiyyət orqanlarına seçkilərdə seçki hüquqlarını müvəqqəti məhdudlaşdırmaqdır. Eyni müddəa Belarus vətəndaşlarına da şamil olunacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR