İnsanlara hürriyət, millətlərə istiqlal!

Əsədovun Qırğızıstan səfərinin pərdəarxası: “Avrasiya İttifaqına üzv oluruq” iddiası

Avrasiya İttifaqına üzvlük, yoxsa müəyyən məsafəli əməkdaşlıq davam edəcək?

Ötən həftə Azərbaycanın baş naziri Əli Əsədov Avrasiya Hökumətlərarası Şurasının Çolpon-Atada (Qırğızıstan) keçirilən iclasında qonaq qismində iştirak edib. Rusiya, Belarus, Qırğızıstanın hökumət nümayəndə heyətləri ilə görüşlərdən əlavə, Azərbaycan nümayəndə heyəti şuranın genişləndirilmiş iclasına dəvət olunub və bu iclasda Əli Əsədov Avrasiya İqtisadi İttifaqındakı tərəfdaşlara Azərbaycan iqtisadiyyatının üstünlüklərini təqdim edib.

Əsədovun Aİİ Şurasının iclasında iştirakı kifayət qədər əhəmiyyətli olub, çünki müşahidəçi ölkələrdən başqa, Azərbaycan nümayəndə heyəti “dəvət olunmuş qonaq” statusunda yeganə olub.

Müəyyən mənada bir sıra erməni KİV-lərinin şərhləri sensasiyalı olub və onlar İrəvanın Bakının Aİİ ilə əməkdaşlığının genişləndirilməsi ilə bağlı qeyri-rəsmi vetosunu geri götürə biləcəyini iddia ediblər.

Prinsipcə, Qarabağ münaqişəsinin həllindən sonra Bakının Aİİ ilə yaxınlaşması, eləcə də Azərbaycanın statusunun “müşahidəçi” səviyyəsində rəsmiləşdirilməsi mümkün variant kimi bir çoxları tərəfindən qəbul edilib. Münaqişənin hərbi komponentlərinin arxada qaldığını nəzərə alsaq, belə bir ssenari üçün bütün əsaslar var. Bunu baş nazir Əli Əsədovun Aİİ Şurasının iclasında iştirakı da qismən təsdiqləyir: Ermənistan bərabərlikdən kənarda qalsa, Aİİ-nin bütün üzvləri Azərbaycanın strateji tərəfdaşıdır. Eyni zamanda rəsmi Bakı heç vaxt quruma üzv olmaq niyyətini açıq şəkildə açıqlamayıb.

Haqqın. az saytı yazır ki, İlham Əliyev Aİİ-yə qoşulmağın Azərbaycan üçün strateji baxımdan faydalı olduğu qənaətinə gəlsə, İkinci Qarabağ müharibəsində zəfər qazanan qələbədən sonra onun tam kart-blanş həm daxili, həm də xarici siyasət qərarlarını müstəqil şəkildə qəbul etmək üçün yetərlidir.  “Buna əsaslanaraq belə qənaətə gəlmək olar ki, Bakı çox güman ki, Aİİ ilə koordinasiyanı genişləndirəcək, lakin təşkilatda müşahidəçi statusu almaq formasında bu qarşılıqlı əlaqənin rəsmiləşdirilməsini tezləşdirməyəcək. Bakının hazırkı  statusu nə reputasiya, nə də başqa mülahizələr baxımından Azərbaycanı heç nəyə məcbur etmir. Eyni zamanda Azərbaycan Aİİ-yə formal olaraq yaxınlaşmadan belə, qonşularının getdikcə artan və qarşılıqlı faydalı layihələri ilə bu sahəyə cəlb olunur”, - deyə məqalədə vurğulanır. Avrasiya İttifaqına üzvlük, yoxsa müəyyən məsafəli əməkdaşlıq davam edəcək? Ermənistanın Azərbaycanın üzvlüyü ilə bağlı formal olsa da, veto hüququnu saxlayır, yoxsa hər şey Moskvanın İrəvana bir əl işarəsinə bağlıdır?

Korrupsiya, varlanmaq ehtirası, tamah yaşa baxmır” - Abutalıb Səmədov »  Nezermedia.az

Abutalıb Səmədov 

Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, Qazaxıstanın eks-prezidenti, Avrasiya İqtisadi İttifaqının fəxri sədri Nursultan Nazarbayev təşkilatın ötən ilin sonlarında videobağlantı formatında keçirilən  iclasında Azərbaycanın bu quruma müşahidəçi statusunda dəvət edilməsini təklif etmişdi. İddia etmişdi ki, artıq müşahidəçi kimi qoşulmuş Özbəkistan “bundan çox şey qazanıb” və onun nümunəsi hər kəsə “stimul verməlidir”: “Azərbaycan Prezidenti İlham Əliyev isə Rusiyanın Ukraynaya qarşı başladığı işğalçılıq müharibəsi ərəfəsində TASS agentliyində bu ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşdə bu suala cavab verərək açıq şəkildə demişdi ki: ”Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatı ilə bağlı biz  onu əsas götürürük ki, bu, bizim iqtisadi maraqlarımıza nə dərəcədə cavab verəcək, çünki bizim strategiyamız və taktiki addımlarımız həmişə öz resurslarımıza, nəyə malik olmağımıza əsaslanıb. Buna görə də biz hər şeyi praqmatik baxımdan təhlil edəcəyik. Bizim mövqeyimiz Rusiya tərəfə açıq çatdırılıb ki, biz, necə deyərlər, qarşımıza iki kağız vərəqi qoymalıyıq-harada müsbət cəhətlər, harada müəyyən məhdudiyyətlər ola bilər və ya bizim iqtisadi suverenliyimizə müəyyən dərəcədə düzəliş edilə bilər. Təbii ki, lehinə və əleyhinə olan məqamları təhlil edəndən sonra bizə sərfəli olan qərar qəbul ediləcək".

Azərbaycan hakimiyyəti bu məsələdə qərar verərkən Rusiyanın son dövrdə sərgilədiyi davranışı və ayrı-ayrı rəsmi şəxslərin verdikləri bəyanatları mütləq nəzərə almaqla yanaşı, bu iqtisadi birliyin Azərbaycana verə biləcəyi üstünlükləri də diqqətlə, tələsmədən araşdıracaq: “Güman etmək olar ki, baş nazir Əli Əsədovun ötən həftə Avrasiya Hökumətlərarası Şurasının Çolpon-Atada (Qırğızıstan) keçirilən iclasında qonaq qismində iştirakı da bu məqsədə xidmət edir.

Hələlik Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq qərarına gəlib və bu istiqamətdə ilk addımlar atılıb. Artıq neçə ildir ki, respublikamız təşkilatla dialoq üzrə tərəfdaşdır. Bu, birinci pillədir. İkinci pillə - müşahidəçilərdir. Azərbaycan  bir neçə il bundan əvvəl öz statusunu müşahidəçi statusuna qədər yüksəltmək üçün Şanxay Əməkdaşlıq Təşkilatının Katibliyinə rəsmən müraciət edib. Bu məsələ indiyə qədər həll edilməsə də statusumuzu yüksəltməmək üçün heç bir səbəb yoxdur və yaxın zamanda bu istiqamətdə qərar veriləcəyi şübhə doğurmur.

Azərbaycanın  Avrasiya İttifaqına üzvlük məsələsində qətiyyən tələsməyəcəyi və bu barədə çox ciddi götür-qoy edəcəyi, bu addımın hələ uzun müddət atılmayacağı şübhəsizdir. Çox güman ki, Avrasiya İqtisadi İttifaqı ilə əməkdaşlığın kifayət qədər ciddi üstünlüklər verəcəyi qənaətinə gəlindikdən sonra müəyyən məsafəli əməkdaşlıq barədə qərar qəbul olunacaq. Söhbət Azərbaycanın Aİİ-də yalnız müşahidəçi statusunda iştirakından gedə bilər.

Bu qərarın qəbuluna  Ermənistanın etiraz etməsi mümkünsüzdür. Çünki Ermənistan hələ də əksər qərarları Moskvanın  əl işarəsi ilə qəbul edir və hələ uzun müddət bu “praktika” dəyişməyəcək".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR